“Zirə” “Araz-Naxçıvan”a, “Səbail” “Sumqayıt”a qarşı

26 Oktyabr 2024 12:25

Misli Premyer Liqasında XI tur davam edir.

Milli.Az xəbər verir ki, ikinci oyun gününün matçları Bakıda baş tutacaq.

"Araz-Naxçıvan" "Zirə"ni qəbul edəcək. Liderlər qrupunda yer alan komandalar xal hesablarını zənginləşdirməyə çalışacaqlar.

Günə "ASCO Arena"da yekun vurulacaq. Aşağı pillələrdə qərarlaşanların duelində "Səbail" "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, turun son iki oyunu sabah baş tutacaq.

Misli Premyer Liqası
XI tur
26 oktyabr (şənbə)

16:00. "Araz-Naxçıvan" - "Zirə"
Baş hakim: Əliyar Ağayev
"Liv Bona Dea Arena"

18:30. "Səbail" - "Sumqayıt"
Baş hakim: Fərid Hacıyev
"ASCO Arena"

Milli.Az