Xarici səyyahlar Şuşada tarixi məkanlar və quruculuq işləri ilə tanış olub - YENİLƏNİB - FOTO

26 Oktyabr 2024 14:23

Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın "Piki Reels" klubunun 33 nəfərlik geniş səyyahlar qrupu Füzulidən sonra Şuşaya səfər ediblər.

Trend-in bölgə müxbiri xəbər verir ki, Şuşa şəhər mərkəzi meydanına gələn səyyahlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar.

Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, otuz illik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası işləri görülüb. Səyahətçilər Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları ilə tanış olublar. Həmçinin səyyahlar Şuşa həbsxanasına da baş çəkiblər. Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın "Piki Reels" klubunun bu səfəri sayca 12-ci səfərdir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, eyni zamanda aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırılır. Bu qrup sadə turist qrupu deyil, dünya səviyyəli səyyahlardır, bu statusu almaq üçün 100-dən çox ölkəni səyahət edirlər.

-------

11:43

"Belçika vətəndaşı Yves Bouvie başçılıq etdiyi Böyük Britaniyanın "Piki Reels" klubunun 33 nəfərlik geniş səyyahlar qrupu Füzulidən sonra Şuşaya gəliblər.

Trend-in bölgə müxbiri xəbər verir ki, onlar sözügedən ərazilərdə erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılacaq, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edəcəklər.

Eyni zamanda səyyahlar şəhərdə bir sıra tarixi məkanlara baş çəkəcəklər.

Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın "Piki Reels" klubunun bu səfəri sayca 12-ci səfərdir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması, eyni zamanda aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu qrup sadə turist qrupu deyil, dünya səviyyəli səyyahlardır, bu statusu almaq üçün 100-dən çox ölkəni səyahət edirlər.

Milli.Az