"Həmin müğənniləri verilişimə çağırmayacağam"

26 Oktyabr 2024 12:17

"Bundan sonra verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam!".

Milli.Az azxeber-ə istinadla bildirir ki, bu sözləri aparıcı, prodüser Tarix Əliyev sosial media hesabında canlı yayım zamanı deyib.
 
Hər iki müğənni ilə də dostluq münasibətlərinin olduğunu deyən Tarix, onların arasındakı söz-söhbətdən yorulduğunu bildirib:
 
"Bundan sonra verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam. Hər ikisi ilə də dostam, o öz yerində. Amma bu söz-söhbətlər bitməyənə qədər onlar qonağım olmayacaq".

Milli.Az