"Zerda"nın qəhrəmanı 5-ci dəfə evləndi - Nikah şahidi "Çakır" oldu - FOTO

26 Oktyabr 2024 11:28

Bir zamanların məşhur seriallarından olan "Zerda"nın baş rol ifaçısı Yavuz Bingöl ailə qurub.

Milli.Az xəbər verir ki, türkü ifaçısı və aktyor Yavuz Bingöl beşinci dəfə nikah masasına oturub. O, açıq havada təşkil olunan nikah mərasimi təşkil edərək ömrünü Nilşah Ağaoğlu ilə birləşdirib.

Balıkesirdə təşkil olunan nikah mərasimində cütlüyün nikah şahidləri sırasında məşhur aktyor Oktay Kaynarca da olub.

Mərasim zamanı atası Yavuz Bingölə babasının "İstiqlal medalı"nı təqdim edib.

Nikahda müxbirlərin suallarını cavablayan Yavuz Bingöl TUSAŞ-a hücumda ölənlərin ailəsinə başsağlığı verib və mərasimin bu səbəbdən sönük keçdiyini söyləyib.

Milli.Az fotoları təqdim edir:

İsmayıl
Milli.Az