Gürcüstanın baş naziri də səs verdi

26 Oktyabr 2024 11:14

Xəbər verdiyimiz kimi, Gürcüstanda parlament seçkilərində səsvermə başlayıb.

Milli.Az xəbər verir ki, ilk səs verənlər arasında Gürcüstanın baş naziri İrakli Kobaxidze, prezident Salome Zurabişvili və parlamentin spikeri Şalva Papuaşvili də var.

Kobaxidze Tbilisinin qərbindəki seçki məntəqəsində səs verib.

"Biz özümüzə xatırlatmalıyıq ki, bu seçkilər referenduma bərabərdir və bu, müharibə ilə sülh, əxlaqsız təbliğat və ənənəvi dəyərlər, keçmişlə ölkənin parlaq gələcəyi arasında seçimdir Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanacaq seçkilərin nəticələrini tanıyın", - Kobaxidze bildirib.

Nərmin Mahmudova
Milli.Az