Türkiyədə ikinci atom elektrik stansiyası tikiləcək

26 Oktyabr 2024 11:22

"Rosatom" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan Türkiyədə ikinci atom elektrik stansiyası tikmək təklifi alıb.

Milli.Az xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçev RT-yə müsahibəsində bildirib.

"Bu, Türkiyə prezidenti cənab Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə bizə etdiyi təklifdir və biz hazırda Türkiyədə mövcudluğumuzun mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətlər aparırıq" - deyə Lixaçev bildirib.

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında nüvə enerjisi sahəsində strateji əməkdaşlıq Mersində Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu"-nun tikintisi layihəsi ilə başlayıb və bununla bağlı 2010-cu ildə müqavilə imzalanıb.

Nərmin Mahmudova
Milli.Az