Ermənistanda son 7 ildə şəbəkəyə əvvəlcədən gözlənildiyindən 54 min çox abonent qoşulub.
Milli.Az xəbər verir ki, bu barədə erməni mətbuatı xəbər yayıb.
Respublikasının Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası Ermənistanın Elektrik Şəbəkələri şirkəti ilə on minlərlə yeni abunəçiyə xidmət göstərmək üçün əlavə sayda quraşdırıcıların cəlb edilməsi məsələsini müzakirə edəcək. Bu barədə komissiyanın tarif siyasəti şöbəsinin rəhbəri Aşot Ulixanyan məlumat verib.
Respublikada mənzil tikintisinin həcmi əhəmiyyətli dərəcədə artdığından (vergi güzəştləri hesabına) son 7 ildə şəbəkəyə əvvəlcədən gözlənildiyindən 54 min çox abonent qoşulub.
Ermənistanda elektrik və su operatorları üçün kəsintilərə görə isə cərimələr normadan artıq yazılacaq.
Nərmin Mahmudova
Milli.Az