Xalq artisti harada dəfn olunacaq? - YENİLƏNİB - FOTO

26 Oktyabr 2024 12:38

Bu gün səhər saatlarında dünyasını dəyişən Xalq artisti Şahlar Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Milli.Az bildirir ki, bu barədə mərhumun ailə üzvləri məlumat verib.

Qeyd olunub ki, Şahlar Quliyevlə vida mərasimi saat 14.00-da Təzə Pir məscidində keçiriləcək. Vida mərasimindən sonra cənazə dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.

------

09:54

Azərbaycanın Xalq artisti, opera müğənnisi Şahlar Quliyev vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə sənətçinin oğlu, tanınmış aktyor Nofəl Şahlaroğlu məlumat verib.

Qeyd edək ki, 78 yaşlı Şahlar Quliyev uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. O, 2005-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, Prezident təqaüdçüsü idi.

Milli.Az