Ancelina Coli və Haluk Bilginer bir arada - Filmdən maraqlı FOTOlar

26 Oktyabr 2024 10:05

Baş rollarda Haluk Bilginer və Ancelina Colinin çəkildiyi Maria filmindən yeni kadrlar yayımlanıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki,  "Oskar" yarışında ən güclü namizədlərdən biri kimi göstərilən filmdən kadrlar yayımlanıb və görüntülər qısa müddətdə sosial mediada gündəm yaradıb.

Film, yunan əsilli amerikalı soprano Mariya Kallasın həyatından bəhs edir. Ancelina Coli Kallas rolunda, Haluk Bilginer isə Kallasın sevgilisi kimi tanınan məşhur yunan biznesmen Aristotel Onassis rolunda tamaşaçı qarşısına çıxır.

"Maria" filmi oktyabrın 27-də ABŞ-də kinoteatrlarda nümayiş olunacaq.

Nərmin Mahmudova
Milli.Az