“Real” gözünü ona dikib

26 Oktyabr 2024 13:11

"Real Madrid" İspaniya millisinin və "Əl-Nəsr"in futbolçusu Emerik Laport ilə maraqlanır. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Madrid klubunda 30 yaşlı müdafiəçi ilə heyətlərini gücləndirmək fikrindədirlər. Laportun Səudiyyə Ərəbistanı tərk etmək istədiyi də bildirilir.

Qeyd edək ki, Emerik Laport bu mövsüm "Əl-Nəsr"in heyətində 12 oyuna çıxaraq 3 qol vurub. Onun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

"Transfermarkt" portalında görə, futbolçunun dəyəri 20 milyon avrodur.

Milli.Az