Bu gün “El Klasiko” var

26 Oktyabr 2024 09:21

Bu gün İspaniya La Liqasına maraqlı oyun baş tutacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, La Liqada cari mövsümün ilk "El Klasiko"su oynanılacaq.

İspan nəhəngləri "Real Madrid" və "Barselona" arasında 11-ci turun oyunu "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Qeyd edək ki, "Barselona" 27 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. "Real" 24 xalla ikinci pillədə qərarlaşıb.

Milli.Az