Fil ilə şəkil çəkdirmək istəyirdi - həyatından oldu

26 Oktyabr 2024 11:36

Hindistanda fil onunla şəkil çəkdirmək istəyən şəxsə hücum edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

23 yaşlı mərhum dostu ilə cəngəllikdə gəzərkən fillə rastlaşıb və onunla şəkil çəkdirmək qərarına gəlib.

Gənc filə yaxınlaşanda heyvan onun üstünə çıxıb və tapdalamağa başlayıb.

Milli.Az