Netanyahu komandirlərlə bunkerdə - FOTO

26 Oktyabr 2024 07:58

İrana hava zərbələri endirildiyi bir vaxtda İsrail Baş nazir Benyamin Netanyahunun və digər rəsmi şəxslərin bunkerdə fotosu yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, fotoşəkildə Netanyahunun Təl-Əvivdəki Kirya hərbi bazasının altındakı bunkerdə müdafiə naziri Yoav Qallant və İsrail ordusunun komandirləri ilə görüşü əks olunub.

Qeyd edək ki, İsrail ordusunun İrana aviasiya zərbələrinin ikinci dalğası davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun