İranın İsrailə hücumunun ikinci dalğası başladı - Yenilənib - VİDEO

26 Oktyabr 2024 07:07

07:07

İranın İsrailə hücumunun ikinci dalğası başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "The Jerusalem Post" nəşri yazıb.

Qeyd olunub ki, yeni hücum zamanı hədəf kimi Şiraz şəhəri seçilib.

"Al Jazeera"nın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən verdiyi məlumata görə isə İsrail İrandakı həyati vacib hərbi və təhlükəsizlik obyektlərinə hücum edib. Söhbətin məhz hansı obyektlərdən getdiyi barədə məlumat verilmir.

"The Jerusalem Post"un məlumatına görə, İsrail HHQ İrana hücum zamanı ABŞ-nin ən son F-35 qırıcısı da daxil olmaqla, 100-dən çox təyyarədən istifadə edib.

Bildirilir ki, İsrail Müdafiə Ordusu İranın hava hücumundan müdafiə sistemlərini "kor" etmək üçün Suriyadakı radarlara qabaqlayıcı zərbələr endirib.

Məlumata görə, İsrailin Suriyadakı radarlara ilkin zərbələri İranın (havadan hücumundan müdafiə sisteminin) imkanlarını "kor etmək" məqsədi daşıyırdı və qısa bir zamanda Tehran və Kərəcə hücum şəklində davam etdi.
 

06: 07

İsrail İranın yalnız hərbi obyektlərini vurub, İrandakı nüvə obyektlərinə və ya neft infrastrukturuna deyil, yalnız hərbi obyektlərə zərbələr endirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "CBS" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İsrailin hücumu hərbi hədəflərlə məhdudlaşıb. Mənbə ABŞ-nin hücumlarla bağlı əvvəlcədən xəbərdar edildiyini bildirib.

"NBC" telekanalının ərəb ölkələrindəki iki yüksək vəzifəli mənbəyə istinadən verdiyi məlumata görə, İsrailin Tehrandakı zərbələrinin hədəfi kazarma və silah anbarı ola bilər.

İsrail İranın neft obyektlərinə və Tehrandakı İmam Xomeyni adına və "Mehrabad" hava limanlarına zərbələr endirməyib.

Bu barədə isə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, İsrail Tehran əyalətindəki üç hərbi bazaya hücum etməyə cəhd edib, lakin İranın hava hücumundan müdafiə sistemi hücumları əks etdirib.

İRNA-nın məlumatına görə, şəhər yaxınlığında partlayışlar barədə yayılan xəbərlər fonunda, Tehrandakı İmam Xomeyni adına beynəlxalq hava limanı və "Mehrabad" Hava Limanı normal rejimdə işləyir.

"Flightradar"ın məlumatına görə, İsrailin ölkəyə endirdiyi zərbələrə baxmayaraq, İran üzərində mülki uçuşlar davam edir.

Partlayışların dəqiq səbəbləri açıqlanmır, lakin daha əvvəl "Tasnim" agentliyi mənbələrə istinadən bildirib ki, partlayışlar hava hücumundan müdafiə sisteminin işi nəticəsində baş verə bilərdi.

Tehranda və ya şəhər ətrafında xilasetmə xidmətlərinə bununla bağlı hər hansı müraciət daxil olmayıb.

Daha əvvəl İsrail ordusu bildirib ki, aylardır davamlı hücumlara cavab olaraq İrandakı hərbi obyektlərə zərbələr endirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun