Okan Buruk təcili əməliyyat olundu

26 Oktyabr 2024 06:50

"Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk əməliyyat olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis özünü narahat hiss etdiyindən xəstəxanaya gedib.

Müayinələrdən sonra Buruk appendisit partlaması səbəbiylə dərhal əməliyyat olunub.

Klub 51 yaşlı mütəxəssisin vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Bazar ertəsi keçiriləcək "Qalatasaray" - "Beşiktaş" oyununda Okan Burukun komandasının başında olub-olmayacağı məlum deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun