"Belə oynamağa davam etmək olmaz" - Kurban Berdıyev

25 Oktyabr 2024 22:52

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 11-ci turunda "Kəpəz"lə oyundan (2:1) sonra keçirilən mətbuat konfransında iştirak edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, deyib: "Oyunun əvvəlini çıxmaq şərti ilə onu deyə bilərəm ki, mövsüm ərzində ən zəif oyunumuzu oynadıq. Allaha şükürlər olsun ki, qələbə qazana bildik. Futbolçulara da bildirdim ki, bu oyundan nəticə çıxarmalıyıq. Çünki belə oynamağa davam etmək olmaz".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun