Qadın sürücünün "cip"i "Jiquli"yə ÇIRPILDI - Ölən və yaralılar var

25 Oktyabr 2024 19:40

Samuxda ölümlə nəticələnən yol qəzası olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Ziyadlı kəndində baş verib.

Qarayeri qəsəbə sakini Nağıyeva Təhminə Məhərrəm qızının idarə etdiyi "Kia Sorento" markalı avtomobil Məmmədov Vidadi Fəırman oğlunun idarə etdiyi "VAZ-21074" markalı avtomobillə toqquşub.

Nəticədə "Jiquli"nin sürücüsü, eləcə də sərnişinləri - Seyfullayev Natiq Əziz oğlu və Abbasov Yaşar Muxtar oğlu xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər. Vidadi Məmmədov görülən tədbirlərə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az