Millimiz uduzdu

25 Oktyabr 2024 19:50

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının pley-off mərhələsində ilk oyununu keçirib.

Milli.Az xəbər verir ki, millimiz Portuqaliya yığması ilə üz-üzə gəlib. "Liv Bona Dea Arena"da baş tutan qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 58-ci dəqiqədə Nazlıcan Parlak vurub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 29-da Vizelada keçiriləcək.

Milli.Az