İranda bir SEPAH zabiti öldürüldü, ikisi yaralandı

25 Oktyabr 2024 19:42

İranda Kürdüstan əyalətinin Sərvabad bölgəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri ilə silahlı toqquşma baş verib. Nəticədə bir SEPAH üzvü ölüb, daha iki nəfər isə yaralanıb.

Milli.Az xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranda İnsan Haqları Təşkilatı (HENGAW) xəbər verib.

Bildirilir ki, toqquşma "Kürdüstan Azad Həyat Partiyasının" (PJAK) üzvləri ilə baş verib.

Silahlı atışma zamanı öldürülən SEPAH zabitinin Məhəmməd Əhmədpur olduğu bildirilib. Yaralanan iki şəxsin kimliyi ilə hələlik bəlli deyil.

Milli.Az