Bakıda yanan məşhur hotel imiş - YENİLƏNİB - VİDEO - FOTO

25 Oktyabr 2024 20:38

"Obyektin nə qədər sahəsinin zərər gördüyü ilə bağlı işlər davam edir. Təqribən ümumi sahəsi 2 min kvadratmetr olan obyektin 600-700 kvadratmetrlik dam örtüyündə yanğın baş verib".

Milli.Az APA-ya istinadən xəbər vverir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

Əldə etdiyimiz məlumata görə, yanğın "Astoria" hotelin dam örtüyündə başlayıb.

Qeyd edək ki, bu gün axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində güclü yanğın hadisəsi baş verib. Bu səbəbdən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar. Yanğın qısa müddətdə söndürülüb.

--------

19:08

Bakının Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın söndürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

-------

18:49

Bakının Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın məhdudlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

--------

17:45

Bakıda güclü yanğın başlayıb.

Milli.Az bildirir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, tüstü Babək prospekti istiqamətindən səmaya yüksəlir.

Hələlik hadisənin tam olaraq hansı ərazidə baş verdiyi məlum deyil.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az