"Mercedes-Benz"in gəlirləri 50%-dən çox azalıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Çində avtomobil sahəsindəki iqtisadi inkişafdır.
Almaniyanın avtomobil nəhəngləri, Çin iqtisadi artımının ləngidiyi bir dövrlə mübarizə apararkən, eyni zamanda Çində yerli avtomobil istehsalçılarının artan rəqabəti ilə üzləşir.
Satışlar təxminən 7% azalaraq 34,5 milyard avroya düşdüyündən xalis mənfəət bir il əvvəl 3,7 milyard avrodan azalaraq 1,72 milyard avro (1,86 milyard dollar) olub.
Qeyd olunub ki, markanın avtomobillərinə, xüsusən "S-Class" və "Maybach" modellərinə tələb nəzərə çarpacaq dərəcədə azalıb.
Nərmin Mahmudova
Milli.Az