Matç öncəsi gözlənilməz hadisə - Okan Buruk xəstəxanaya yerləşdirildi

25 Oktyabr 2024 17:17

Okan Buruk təcili əməliyyat olunub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qalatasarayın Texniki Direktoru Okan Buruk təcili cərrahiyəyə aparılıb. Məlumata görə, onun bağırsağı partlayıb.

Hazırda məşqçinin səhhətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Superliqanın 10-cu həftəsində derbidə "Qalatasaray" "Beşiktaş"la qarşılaşacaq. Bu gözlənilməz hadisə komandanın hazırlığına təsir edə bilər. 

Nərmin Mahmudova
Milli.Az