Xaçaturyanın iqamətgahı yaxınlığında mitinq

25 Oktyabr 2024 16:41

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın iqamətgahı yaxınlığında "Müqəddəs mübarizə" hərəkatının mitinqi keçirilir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onlar Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi ilə bağlı əsasnamənin imzalanmasının əleyhinədirlər.

Qeyd edək ki, bu gün V.Xaçaturyan sənədi təsdiqləyib.

Milli.Az