Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi ilə bağlı sazişdə dəyişikliklər təsdiqləndi

25 Oktyabr 2024 16:04

Prezident İlham Əliyev "Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, "Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının 2023-cü il 18 may tarixli 259 və 260 nömrəli qətnamələri ilə qəbul olunmuş dəyişikliklər təsdiq edilib.

Milli.Az