Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibi təsdiqləndi

25 Oktyabr 2024 16:00

Prezident İlham Əliyev "Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibi aşağıdakı redaksiyada verilib:

"Redaksiya heyətinin sədri

Əliyev İlham Heydər oğlu - Azərbaycan Respublikasının Prezidenti

Redaksiya heyəti sədrinin müavinləri:

Əli Zadə Akif Ağa Mehti oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru

Quliyev İbrahim Said oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti

Rzayev Anar Rəsul oğlu - Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru

Həbibbəyli İsa Əkbər oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti

Azərbaycan Milli Ensiklopediyasının məsul katibi

Nağıyev Tofiq Murtuza oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru

Redaksiya heyətinin üzvləri:

Abdullayev Kamal Mehdi oğlu - AMEA-nın həqiqi üzvü, Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru

Abıyev Ağacan Qulam oğlu - texnika elmləri üzrə fəlsəfə doktoru, professor

Bədəlbəyli Fərhad Şəmsi oğlu - Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru

Bilalov Bilal Telman oğlu - AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri

Budaqov Tahir Yaqub oğlu - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Cəfərov Nizami Qulu oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru

Cəlilov Namiq Sərdar oğlu - AMEA-nın müxbir üzvü, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru

Eldarov Ömər Həsən oğlu - AMEA-nın həqiqi üzvü, Xalq rəssamı

Ələkbərov Urxan Kazım oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

Əlquliyev Rasim Məhəmməd oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru

Əliyev Telman Abbas oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Əliyeva Fərəh Şirməmməd qızı - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Əli-zadə Firəngiz Əli Ağa qızı - AMEA-nın müxbir üzvü, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri

Fərzəliyev Vaqif Məcid oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru

Hacıyev İsmayıl Muxtar oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın Naxçıvan bölməsinin sədri

Həşimov Arif Məmməd oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik-katibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru

Hüseynova İradə Məmməd qızı - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru

Xəlilov Fərhad Qurban oğlu - Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri

İsmayılov Amin İsmayıl oğlu - AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri

Kərimli Teymur Həşim oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru

Qədirov Fəxrəddin Əbülfət oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun baş direktoru

Qəribov Adil Abdulxalıq oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Mahmudov Yaqub Mikayıl oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Mehdiyev Ramiz Ənvər oğlu - AMEA-nın həqiqi üzvü

Məhərrəmov Abel Məmmədəli oğlu - AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri

Məmmədov Qərib Şamil oğlu - AMEA-nın həqiqi üzvü, AMEA-nın müşaviri

Məmmədov Nazim Timur oğlu - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun laboratoriya müdiri

Muradov Şahbaz Musa oğlu - AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri

Mustafayev Şahin Məcid oğlu - AMEA-nın həqiqi üzvü

Paşayev Arif Mir Cəlal oğlu - AMEA-nın həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru

Rəsulov Əsgər Adil oğlu - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi

Səmədzadə Ziyad Əliabbas oğlu - AMEA-nın həqiqi üzvü

Şükürov Kərim Kərəm oğlu - AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru

Vəlixanova Nailə Məmmədəli qızı - AMEA-nın həqiqi üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru".

Milli.Az