İkardinin bu görüntüsü sevənlərini qorxutdu - FOTOlar

25 Oktyabr 2024 16:25

 İkardi sosial media hesabında yeni paylaşım edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun bu paylaşımı izləyicilərdə maraq oyadıb.

Belə ki, futbolçunun bu görüntüsü onun xəstə olduğuyla bağlı ağıllarda şübhə yaradıb.

İkardinin bu paylaşımı isə bazar ertəsi keçiriləcək "Qalatasaray" - "Beşiktaş" matçı üçün xüsusi hazırlığından bir hissədir. O, zədə riskini minimuma endirmək və atletik performansını yüksəltmək üçün Hiperbarik Oksigen Kamerasından istifadə edir.

Bu üsul idmançılarda bərpa və regenerasiyanı optimallaşdırmaq üçün yuxu və oksigen keyfiyyətini yaxşılaşdırır.

Fidan
Milli.Az