İranda din xadimi güllələnərək öldürüldü

25 Oktyabr 2024 15:36

İranda din xadimi güllələnərək öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, bu gün Kazerunda cümə namazı qıldıqdan sonra naməlum şəxs hüccətül-islam Məhəmməd Səbahiyə silahla atəş açıb.

Hücum edən şəxs daha sonra özünü öldürüb.

İmam-cümə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az