86 yaşında vəfat etdi

25 Oktyabr 2024 15:38

Amerikalı müğənni Cek Cons vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı oktyabrın 23-də 86 yaşında dünyasını dəyişib. 

Onun həyat yoldaşı Eleanora Cons bildirib ki, Cons Kaliforniyadakı xəstəxanada leykozdan həyatını itirib.

Qeyd edək ki, o, 1964-cü ildə "Qremmi"yə layiq görülüb. O, amerikalı aktyor Allen Cons və aktrisa İren Hervinin oğludur.

Milli.Az