Bakıda doqquz yeni COP29 informasiya mərkəzi fəaliyyətə başlayacaq

25 Oktyabr 2024 15:21

COP29 ilə bağlı ziyarətçi təcrübəsinin yaxşılaşdırılması, onların rahatlığının təmin olunması üçün 9 yeni turizm informasiya mərkəzinin eyni anda COP29 informasiya mərkəzi kimi fəaliyyətə başlaması gözlənilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu layihə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə birgə həyata keçirilir:

"Hazırda Dənizkənarı Bulvar ərazisində yerləşən COP29 informasiya mərkəzindən savayı 9 yeni informasiya mərkəzi fəaliyyətə başlayacaq. Onlardan 7-si şəhər ərazisində, 2-si hava limanında-terminal 1 və terminal 2-də noyabr ayından etibarən fəaliyyətə başlayacaq", - deyə İ. Cavadov qeyd edib.

Milli.Az