Türkiyədən sonra Rusiyada insanlara hücum: Yaralı var - VİDEO

25 Oktyabr 2024 15:30

Sankt-Peterburq şəhərində marketlərdən birinə hücum olub. 

Milli.Az  Rusiya mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs bıçaqla marketə hücum edərək, insanları yaralayıb. İlkin məlumatlara görə, altı nəfər yaralanıb.

Hücumçu müştərilərdən biri tərəfindən vurulub. 44 yaşlı Yuri A. saxlanılıb.

Supermarket bağlanıb, polis isə hadisə yerindədir.

Xatırladaq ki, oktyabrın 23-də Ankarada Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) hücum olub. Hücumu təşkil edənlərin ikisi də PKK üzvüdür. Onlardan biri Ali Örekin ( ləqəbi "Rojger"), digəri isə Mine Sevjin Alçiçekdir. Hər ikisi əməliyyat nəticəsində zərərsizləşdirilib. TUSAŞ-ın zavodunda törədilən terror nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Nərmin Mahmudova
Milli.Az