Öldüyü deyilən aktyorun qohumundan AÇIQLAMA - YENİLƏNİB - FOTO

25 Oktyabr 2024 18:08

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə aktyor Ruslan Sabirlinin ölüm xəbəri yayılıb.

Milli.Az bildirir ki, Ruslan Sabirlinin qohumları ilə əlaqə saxlanılıb. Onlar bildirib ki, aktyor sağdır, özü ətraflı məlumat verəcək.

-------

17:53

Sosial şəbəkələrdə aktyor Ruslan Sabirlinin ölüm xəbəri yayılıb.

Bu barədə onun şəxsi "Instagram" hesabında məlumat paylaşılıb.

Paylaşımda "Sevimli aktyorumuz, Allah rəhmət eləsin" sözləri qeyd olunub.

Məsələ ilə bağlı BakuPlus.az-ın əməkdaşı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə  (TƏBİB) sorğu ünvanlayıb.

Bildirilib ki, aktyor Ruslan Sabirlinin ölümü ilə bağlı araşdırma aparılıb:

"Aktyor ilə bağlı bizə müraciət daxil olmayıb".

-------

14:58

Aktyor Ruslan Sabirlinin ölüm xəbəri yayılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda onun sosial şəbəkə hesabında paylaşılıb.

"Sevimli aktyorumuz, Allah rəhmət eləsin. Ruslan Sabirli" deyə, sənətçinin İnstaqram hesabının hekayə bölümündə yazılıb.

Milli.Az