Tanınmış futbolçu həbs olundu - FOTOlar

25 Oktyabr 2024 16:50

"Reyncers"in keçmiş, "Atletiko Nasional"ın indiki hücumçusu Alfredo Morelos Kolumbiyada qəza törətdikdən sonra həbs edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ötmə əməliyyatı edərkən qarşıdan gələn zolağa çıxıb və həm motosiklet sürücüsünə, həm də yük maşınına çırpılıb. Qəza Antiokiya ştatının Rioneqro şəhərində Xose Mariya Kordova hava limanı yaxınlığında baş verib.

Polis hücumçunun sükan arxasında sərxoş olduğunu qeyd edib.

Motosikletçi əzalarının sınığı və qarnının küt travması ilə xəstəxanaya aparılıb. Vəziyyətinin normal olduğu bildirilir. Morelos və yük maşınının sürücüsü isə xəsarət almayıb.

"Noticias RCN"-nin məlumatına görə, futbolçu ilkin olaraq 4100 funt sterlinq cərimə ödəməli olacaq və 3 ildən 5 ilə qədər sürücülük hüququndan məhrum ediləcək.

Milli.Az