Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yeni asfaltlanan yol çöküb.
Milli.Az xəbər verir ki, sakinlərin verdiyi məlumata görə, yol son günlər yağan aramsız yağışlardan sonra bu hala düşüb. Lakin bəzi sakinlər, çöküntünün yalnız yağıntının nəticəsi olmadığını düşünür.
Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, sözügedən ərazidəki problemlərin səbəbi, bir müddət əvvəl kommunikasiya xətlərinin çəkilişi üçün həyata keçirilən qazıntılardır.
Qeyd edək ki, artıq ərazidə təmir işlərinə başlanılıb. Bərpa işlərinin gün ərzində yekunlaşdırılacağını gözlənilir.
Aysel Quliyeva
Milli.Az