Ən qorxulu 10 film - SİYAHI

26 Oktyabr 2024 03:03

"MoneySupermarket Science of Scare" şirkəti ən dəhşətli qorxu filmlərinin siyahısını tərtib edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tədqiqat çərçivəsində yüzlərlə iştirakçının müxtəlif qorxu filmlərinə baxarkən nəbzi ölçülür və əldə edilən məlumatlar əsasında reytinq formalaşdırılır.

Filmlər tamaşaçıların ürək döyüntülərinə təsirinə görə sıralanır. Ürək döyüntüsü nə qədər yüksəkdirsə, film bir o qədər qorxulu hesab edilir.

Araşdırmaya görə, bütün zamanların ən qorxulu filmi Scott Derricksonun 2012-ci ildə çəkdiyi qorxu filmi "Sinister" olub və tamaşaçılar filmi izləyərkən ürək döyüntüsünün orta hesabla 34% artması müşahidə olunub. 

Bütün zamanların ən qorxulu filmlərinin siyahısı elmi baxımdan belə görünür:

1. "Pis"

2. "Astral: Onlayn"

3. "Skinomarink"

4. "Astral 2"

5. "Lənət"

6. "İrsiyyət"

7. "Gülümsəyin"

8. "Emili Rouzun 6 cini"

9. "Mənimlə danış"

10. "Hell House MMC"

Milli.Az