Ordumuzda silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir - VİDEO

25 Oktyabr 2024 13:18

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtgü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir.

Milli.Az