PKK/KCK - PYD/YPG silahlı terror təşkilatı tərkibində fəaliyyət göstərən 37 nəfər saxlanılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat Şöbə Müdirliyi qrupları PKK/KCK silahlı terror təşkilatı və onun birləşmələrini maliyyələşdirən, PKK/KCK terror təşkilatında fəaliyyət göstərən 37 nəfəri saxlayıb.
Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.
Axtarışlar davam edir.
Nərmin Mahmudova
Milli.Az