Azərbaycan DİN ilə Özbəkistan Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş təsdiqlənib - FƏRMAN

25 Oktyabr 2024 11:07

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fəraman imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, fərmana əsasən, 2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərsin.

Milli.Az