Biləsuvarda "07" traktorla toqquşdu, sürücünün azyaşlı oğlu öldü

25 Oktyabr 2024 11:31

Biləsuvarda ölümlə nəticələnən yol qəzası olub.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Şahmuradov Sərdar Balasən oğlunun idarə etdiyi "VAZ-21074" markalı avtomobillə Cəfərov Teymur Ağacəfər oğlunun idarə etdiyi traktorla toqquşub. Nəticədə minik avtomobilindəki sərnişin, sürücünün 12 yaşlı oğlu Səbuhi hadisə yerində ölüb. Sürücünün qardaşı 55 yaşlı Saleh isə xəsarətlər alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az