2024-cü ildə turistlər üçün dünyanın ən təhlükəsiz ölkələr AÇIQLANDI

25 Oktyabr 2024 12:00

Dünyadakı müasir çağırışları - müharibələri, terrorizmi, iqtisadi böhranı nəzərə alan turistlər yeni səyahətə çıxarkən daha çox təhlükəsizlik haqqında düşünürlər.

Milli.Az lent.az-a istinadən bildirir ki, 2024-cü ildə İslandiya dünyanın turistlər üçün ən təhlükəsiz ölkəsi kimi tanınıb və ötən illə müqayisədə reytinqdə səkkiz pillə yüksəlib.

Reytinqin liderini müəyyən etmək üçün ekspertlər ABŞ səyahətçiləri arasında son beş ildə getdikləri yerlər barədə sorğu keçirib, həmçinin son Qlobal Sülh İndeksini və GeoSure sığorta şirkətinin məlumatlarını təhlil ediblər. İkinci yerdə keçən il onuncu olan Avstraliya, üçüncü yerdə isə əvvəlki il birinci olan Kanada qərarlaşıb.

2024-cü ildə turistlər üçün dünyanın ən təhlükəsiz 15 ölkəsi:

1. İslandiya

2. Avstraliya

3. Kanada

4. İrlandiya

5. İsveçrə

6. Yeni Zelandiya

7. Almaniya

8. Norveç

9. Yaponiya

10. Danimarka

11. Portuqaliya

12. İspaniya

13. Böyük Britaniya

14. Hollandiya

15. İsveç

Milli.Az