ABŞ-dan Qəzzaya 135 milyon dollarlıq yardım

25 Oktyabr 2024 17:25

ABŞ Qəzza və İordan çayının qərb sahilindəki mülki şəxslər üçün 135 milyon dollarlıq humanitar yardım edəcək.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken açıqlamasında deyib. Antoni Blinken tur çərçivəsində getdiyi Dohada Qəzzada mövcud vəziyyət və humanitar böhranla bağlı rəsmilərlə qiymətləndirmələr aparıb

O bildirib ki, ABŞ Qəzza və İordan çayının qərb sahilindəki fələstinlilər üçün 135 milyon dollarlıq humanitar yardım edəcək.

Blinken, Qəzza və İordan çayının qərb sahilindəki mülki şəxslər üçün yeni yardımların ediləcəyini ifadə edərək, "Bölgədəki fələstinlilər üçün 135 milyon dollardan çox humanitar yardım ediləcək " sözlərini söyləyib.

Nərmin Mahmudova
Milli.Az