Azərbaycanda professor seminardan sonra öldü - FOTO

25 Oktyabr 2024 10:32

Azərbaycanda professor dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov məlumat yayıb.

Onun sözlərinə görə, institutun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Sülymanov oktyabrın 24-ü axşam saatlarında vəfat edib. O qeyd edib ki, mərhum oktyabrın 23-də institutun ənənəvi elmi seminarında iştirak edib.

Milli.Az