ABŞ-da "ət yeyən bakteriya" sürətlə artır - Ölənlər var

25 Oktyabr 2024 10:59

ABŞ-ın Florida ştatında "ət yeyən" bakteriyaların sayının artması müşahidə edilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, sürətlə artan "ət yeyən" bakterial xəstəlik il ərzində ştatda 76 nəfərin ölümünə səbəb olub. Bölgəni vuran "Helene" və "Milton" qasırğalarından sonra "ət yeyən bakteriya" halları rekord səviyyədə yüksəlib.

Florida səhiyyə rəsmiləri sürətlə artan xəstəlik barədə əhaliyə xəbərdarlıq edib.

Qeyd edək ki, "ət yeyən" bakterial xəstəlik yumşaq toxumaları təsir edən və təsirlənmiş toxumalarda nekroza səbəb olan nadir bir xəstəlikdir. Bu xəstəliyə yoluxanların çoxu ölür, lakin erkən diaqnoz qoyularsa, sağ qalma şansı arta bilər.

Nərmin Mahmudova
​Milli.Az