08:53
Tovuzda iki qardaş faciəvi şəkildə vəfat edib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, rayona yas mərasiminə gələn qardaşların dəm qazından boğularaq öldükləri ehtimal edilir.
Qardaşlar Sumqayıt şəhərində yaşayıblar. Onlar rayonun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gəliblərmiş. 72 yaşlı Rafiq Bayramov və qardaşı 63 yaşlı Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Ancaq onlar dəm qazından boğularaq ölüblər.
Yaxınlarının verdikləri məlumata görə, onların ata evində yatdıqları otaqdakı qaz sobasının borusunda quşlar yuva qurubmuş. Yatmazdan əvvəl qızdırıcını yandırıb, yuxuya gediblər. Səhər isə onların cansız bədənlərini bacıları aşkarlayıb.
Hər iki qardaşın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
--------------
2024.10.25
Tovuz rayonunda iki qardaş dəm qazından boğularaq ölüb.
Milli.Az report.az-a istinadən bildirir ki, Tovuz rayon Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən, 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı, 961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıb.
Onlar gecə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az