Beyonsdan Harrisə böyük dəstək

25 Oktyabr 2024 10:00

Amerikalı məşhur müğənni Beyons​ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin Texas ştatının Hyuston şəhərində baş tutacaq seçki kampaniyasında çıxış edəcək.

Milli.Az qafqazinfo.az-a istinadən bildirir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

Məlumata görə, Beyons iştirakı ilə seçki yarışında vitse-prezidentə dəstəyini nümayiş etdirə bilər.

Müğənni mitinqə modelyer anası Tina Nouls və amerikalı bəstəkar Villi Nelsonla birlikdə qatılacaq.

Qeyd olunur ki, Harris uzun müddətdir ki, mitinqlərdə fon musiqisi kimi Beyonsun "Freedom" mahnısından istifadə edir.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Milli.Az