Şəmkirdə bədbəxt hadisə

25 Oktyabr 2024 09:15

Şəmkirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən bildirir ki, dünən saat 13 radələrində rayonun Qədimqala kənd sakini 2000-ci il təvəllüdlü Anar Məşədiyevin yaşadığı evin həyətində üzərinə beton plitə düşüb. Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az