Türkiyədə nazirin olduğu maşın qəzaya düşdü - FOTO

25 Oktyabr 2024 08:20

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaşın olduğu maşın qəzaya düşüb.

Milli.Az TNS-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, nazir TUSAŞ terrorunda şəhid olan taksi şoferi Murad Arslanın dəfn mərasiminə qatılıb. Dəfn mərasimindən sonra te**or hadisəsində yaralananları ziyarət etmək üçün xəstəxanaya yola düşən xanım Göktaşın olduğu maşın qəza törədib.

Zəncirvari qəza zamanı xanım nazir xəsarət almayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun