Lökbatanda yük avtomobili qəza TÖRƏTDİ: Ölən var - VİDEO

25 Oktyabr 2024 07:44

Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, 68 yaşlı Səfəralı Məstalı oğlu Həziyevin idarə etdiyi "Hyundai Elantra" markalı avtomobil hərəkətdə olarkən tikinti materialları daşıyan yük avtomobili ilə toqquşub.

Ağır bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb. Meyit təcili tibbi yardım briqadası tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun