Yenə üzüldük... - FOTOlar

24 Oktyabr 2024 23:31

Xəbər verdiyimiz kimi, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin 3-cü tur oyununda "Ayaks"ı qəbul edib.

Ağdam klubundan Julio Romao ilə Elvin Cəfərquliyev qırmızı vərəqə aldığı üçün Qurban Qurbanovun komandası matçı 9 nəfərlə tamamlayıb. Qarşılaşma isə qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Qarabağ"ın liqa mərhələsində ardıcıl üçüncü məğlubiyyəti olub.

Milli.Az "Qafqazinfo"nun fotoqrafı Xəyal Vəlizadənin lentə aldığı fotoları təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun