“Yol xərclərimə qədər bu insan ödəyib” - FOTO

25 Oktyabr 2024 03:03

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi xalasının həyat yoldaşının fotosunu izləyiciləri ilə bölüşərək bunları qeyd edib:

"Atam dünyasını dəyişəndən sonra bizi ac, çörəksiz qoymayan xalamın yoldaşı Hacı Rasim. Mənim musiqi məktəbinə getmək üçün yol xərclərimə qədər bu insan ödəyib. Mən heç vaxt unutmaram. Allah sənə can sağlığı versin, amin".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun