Belarus prezident seçkilərinə hazırdır və seçki prosesi zamanı qarşılaşa biləcəyi istənilən təxribat və müdaxilələrə cavab verə biləcək.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "İzvestiya" qəzetinə müsahibəsində deyib.
O, hansısa təxribatın olmasını istisna etməyib.
"Amma 2020-ci il seçkilərindən sonrakı kütləvi etirazlar daha olmayacaq. Biz buna imkan verməyəcəyik, çünki bunu kimin etdiyini bilirik", - A.Lukaşenko bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun